Milli komanda

“Bu qələbə Almaniya yığması ilə oyunda bizə üstünlük verəcək” – Rəşad Sadıqov

Millimizin kapitanı Rəşad Sadıqov Qətər üzərində yoxlama oyununda qazanılan 2:1 hesablı qələbədən danışıb.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, təcrübəli müdafiəçi deyib:

“Qarşılaşma maraqlı alındı. Hər iki komanda texnikalı oyuna üstünlük verdi. Komandamız Qətər millisinə qarşı yaxşı mübarizə apardı. Rəqibin də qol vurmaq üçün imkanları oldu.

Qarşıdan Almaniya yığması ilə rəsmi oyun gəlir. Psixoloji baxımdan komandamıza müsbət təsiri olsun deyə, qələbə qazanmaq istəyirdik. Çünki məğlub olan zaman komandaya təzyiq də artır.

Uşaqlar həm yaxşı oynadılar, həm də uğurlu nəticə qazandıq. Oyundan oyuna fərq var. Demək olmaz ki, Qətər millisini məğlub etməyimiz Almaniya yığması ilə oyunda bizə üstünlük verəcək. Ancaq komandamızın inkişafı üçün bu qələbə az əhəmiyyət kəsb etmirdi.

Ümumi götürdükdə, qələbənin faydası olacaq. Baş məşqçi yeni futbolçulara özlərini göstərmək üçün şans verdi. Həm də son rəsmi oyunumuzda böyük hesabla məğlub olmuşduq. Özünəinamı qaytarmaq üçün Qətər yığması üzərində qələbə yaxşı oldu”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43