Ölkə futbolu

“Bu, “Sabah” ailəsinin birliyinin sübutu idi”

Ölkəmizi UEFA Konfrans Liqasında təmsil edəcək “Sabah”ın azarkeş qrupu olan “Soldati di Sabah” instaqram hesabından paylaşım edib.

İdmanxeber.az-ın məlumatına görə, Masazır klubunun fanatları komandalarına dəstəyi heç vaxt əsirgəməyəcəklərini bildiriblər:

Bir mövsüm də bașa çatdı. Bəlkə də öncədən bu cür dramatik sonluq heç kimin ağlına gəlməzdi. Klubun ötən mövsümkü parlaq çıxışından sonra bir çoxu avrokubokla bağlı məsələnin son tura qalacağına inanmırdı. Bəlkə də belə olması daha yaxșı oldu. Çünki kimlərin klub üçün doğrudan can yandırdığını, yaxșı gündə də, pis gündə də arxasında olduğu bəlli oldu. Son həftə “Neftçi Arena”da qapıarxası tribunada olanlar ürəyi “Sabah”la döyünənlər idi. Həmin gün bütün “Sabah”lılar əsl azarkeş idi. Həmin gün bütün “Sabah” bir yumruq kimi birləşmişdi. Soyuq-isti demədən tribunada yerini alan azarkeşlər, klubun əməkdaşları da, rəhbərliyi və klubun prezidenti Maqsud Adıgözəlov da. Bu, ‘Sabah” ailəsinin birliyinin sübutu idi. Meydanda can qoyan futbolçular, ehtiyat skamyada olan və tribunada komandanı daim irəli səsləyən “Sabah” ailəsi və qazanılan çox vacib, tarixi qələbə! Son oyunumuzda meydanda, ondan kənarda olan hər şey sabah üçün ümid, inam verdi. Bu “Sabah”ın hələ çox parlaq sabahları olacaq. Deyiləcək çox sözümüz var – həm tribunada, həm də meydanda. Əsgərlər əbədi yaşayacaq!”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43