Müsahibə

“Bu sualı Sxadadzeyə verin, o yaxşı bilir” – MÜSAHİBƏ

“İnter”in futbolçusu Asif Məmmədovun idmanxeber.com saytına müsahibəsi.

– “İnter” son 5 turda 13 xal qazanıb. Artıq uğursuzluqların geridə qaldığını düşünmək olarmı?

– Komanda get-gedə özünə gəlir. Amma bu o demək deyil ki, hər şey yaxşıdır. Qarşıda çətin oyunlar var. Çempionat qabağdadı.

– İstisnalar olmaq şərti ilə “İnter” ilk 10 turu boşa verdi… Ancaq son 5 turda məğlub olmayaraq, cəmi 1 heç-heçə etməyiniz diqqətdən qaçmadı. “İnter”i nəydi bu qədər dəyişdirən?

– Komanda da çox oyunçular dəyişdi və məncə bununla əlaqədar oldu.

– Sən yaxşı formada olsan da, sonradan meydana girib qol vursan da, Sxadadze sənə güvənmir ki, güvənmir. Bu sənə qarşı haqsızlıq deyilmi?

– Mən bu haqda heçnə deyə bilmərəm, çünki heyəti məşqçi müəyyənləşdirir. Mən futbolçuyam və nə vaxt şans verilsə, çıxıb oynayacam.

– Sözümün canı, bundan artıq neynəməlisən ki, əsas heyətə düşəsən?

– Bu sualı məşqçiyə versəniz yaxşı olar. Mənimlə heç bir əlaqəsi yoxdur, hər şey qaydasındadır.

– Bəlkə aranızda problem var? Çünki ağlıma bundan başqa ehtimal gəlmir.

– Yox, heç bir şey yoxdur aramızda. Hər şey qaydasındadır. Nə zaman şans versə, onda da çıxıb oynayacam.

– Çalışırsan, ancaq bir şey də var ki, belə olduğu halda formandan uzaq qalırsan.

– O da düzdü.

– Kubokda “Şuşa”, bundan sonra isə çempionatda “Xəzər Lənkəran”la oyununlarınız var…

– Birinci kuboku oynayaq sonra “Xəzər Lənkəran” haqda fikirləşərik.

– Reallıq var ki, “Şuşa”nı məğlub etmək üçün heç bir bəhanə keçərli sayılmaz. Ona görə “Xəzər Lənkəran” misalını gətirdim.

– Bu oyundur, hər şey ola bilər.

– Qış transferi yaxınlaşır. Komandadan ayrılmaq fikrin varmı?

– Yox.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43