Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” III Bundesliqanın XXXIII turunda səfərdə “Münhen 1860″ı 1:0 hesabı ilə məğlub edib.
Qarşılaşmada yeganə topun müəllifi olan Dadaşov yerli mətbuata açıqlamasında qol həsrətinə son qoyduğu üçün sevindiyini vurğulayıb:
“Bu gün həm qələbə qazandığımız, həm də qol vurduğum üçün çox xoşbəxtəm Uzun müddət idi qol vura bilmirdim. Cari mövsüm 8 qoldan yalnız 1-ni öz meydanımızda vurmuşam. Ancaq evdə də azarkeşlərimizi qollarla coşdurmaq istəyirəm. Bu tilsimi tezliklə qırmağa çalışacam”.