Dünya futbolu

“Bu tilsimi tezliklə qırmağa çalışacam” – Rüfət Dadaşov

Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” III Bundesliqanın XXXIII turunda səfərdə “Münhen 1860″ı 1:0 hesabı ilə məğlub edib.

Qarşılaşmada yeganə topun müəllifi olan Dadaşov yerli mətbuata açıqlamasında qol həsrətinə son qoyduğu üçün sevindiyini vurğulayıb:

“Bu gün həm qələbə qazandığımız, həm də qol vurduğum üçün çox xoşbəxtəm  Uzun müddət idi qol vura bilmirdim. Cari mövsüm 8 qoldan yalnız 1-ni öz meydanımızda vurmuşam. Ancaq evdə də azarkeşlərimizi qollarla coşdurmaq istəyirəm. Bu tilsimi tezliklə qırmağa çalışacam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43