Ölkə futbolu

Bu üç futbolçu Lənkəranda meydana çıxa bilməyəcək

“Qarabağ” – “Qəbələ” (3:0) matçının ardından 1 günlük istirahətə buraxılan “qırmızı-qaralar” bugündən etibarən növbəti – XXIX tur çərçivəsində keçiriləcək “Xəzər Lənkəran” ilə qarşılaşmanın hazırlıqlarına start verib.

İdmanxeber.com klubun rəsmi saytına istinadən xəbər verir ki, Yuri Syominin rəhbərliyi altında “Bakı”nın təlim-məşq bazasında baş tutan məşq prosesinə zədəsi olan Omar Kalabane, İbrahima Niasse və Nikola Valentiç qatılmayıb. Futbolçular məşq boyunca müxtəlif toplu və topsuz çalışmalar yerinə yetiriblər.

Xatırladaq ki, “Xəzər Lənkəran” – “Qəbələ” qarşılaşması aprelin 5-da Lənkəran Şəhər Stadionunda baş tutacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43