29 Sentyabr 2020
Ölkə futbolu

“Bu vəziyyətdə qrupa necə düşək?” – Ceyhun Sultanov

“Transferlərin nə dərəcə alınacağını oyunlar göstərəcək. Hamı deyir ki, “Neftçi”də hər şey əladır, bunlar necə transferlərdir? Mənim büdcəm olsaydı, ən yaxşılarını seçib gətirərdim. Qabağıma qoyulub ki, büdcəmiz bu qədərdir”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin idman direktoru Ceyhun Sultanov klubun rəsmi televiziyasında yayımlanan “Həmsöhbət” verilişində deyib.

O, daha sonra sölərinə belə davam edib:

“Keçmiş futbolçumuz Baqali Dabo üçün ayrılan büdcəyə 4 futbolçu gətirmişik. Özünüz düşünün, bu, qrup mərhələsində oynamaq üçün yetərlidirmi? Amma qıraqda olan futbol “mütəxəssislər”i, yalnız öz xeyirlərinə danışanlar deyirlər ki, klubda hər şey var, bu, nə cür idarəçilikdir, bu, necə işdir? Hansıssa mütəxəssis bu vəziyyətdə komandanı qrup mərhələsinə çıxaracaqsa, iki əlimlə razıyam, gəlsin, komandanı qrupa yüksəltsin”.

Sultanov “Neftçi”də hər şeyin maliyyə cəhətdən əla olmadığını qeyd edib: “Bizim də istəyimiz var, lakin bundan da önəmlisi meydanda sərgilənən oyundur. Futbolçunun səviyyəsi büdcə tələb edir, hamısı ona bağlıdır. Hansısa mütəxəssis “Neftçi”də hər şeyin maliyyə cəhətdən əla olduğunu deyirsə, səhv düşünür”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Xəzər Lənkəran”da gərginlik son həddə çatdı: cərimələr başladı, qovulan ola bilər!

admin

Əmir Ağayev: “Mənim damarlarımda İsrail qanı axır”

admin

“Qəbələ”li azarkeşlər yeni baş məşqçidən nə tələb etdilər? – FOTO

admin