Kateqoriyasız

“Bu vəziyyətə alışmışam” – Vaqner

“Qarabağ”ın qapıçısı Vaqner da Silva Azərbaycan Premyer liqasının 27-ci turunda “Səbail”ə 4:0  hesabı ilə qalib gələrək, ardıcıl 6-cı çempionluğu rəsmiləşdirdikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. İdmanxeber.az-ın məlumatına görə, o əvvəlcə çempionluq haqda danışıb.

– Çox sevinirəm. Qarşımıza hədəf qoymuşduq, buna da çatdıq.

– Belə bir vacib oyuna az sayda azarkeş gəlmişdi. Təəccübləndiniz?

– Artıq buradakı vəziyyətə alışmışam. Təbii ki, stadiona daha çox azarkeşin gəlməsi həm çempionatın nüfuzunu artırır, həm də bizi motivasiya edir. Amma istənilən halda çempionuq.

– “Neftçi” “Qarabağ”dan 5 xal öndəydi. Çempionata necə köklənə bildiniz?

– Futbolda belə şeyləri çox görmüşük. 5-6 xal fərqi ilə irəlidə olan komanda yekunda çempionluğu əldən verib. Sizin də qeyd etdiyiniz kimi avrokubok oyunları da öz təsirini göstərir. Nəticələrimizdə məşqçimizin xüsusi payı var. Bizi bir an belə nəzarətsiz buraxmadı. Sonda çempion olduq.

– Bu mövsüm “Neftçi”ni məğlub edə bilməmisiniz. Sizcə, son turda tilsimi qıra biləcəksiniz?

– Ümumiyyətlə, rəqibin kimliyindən asılı olmayaraq, çempionat may ayının 11-i yekunlaşır. Rəqiblərə hörmət əlaməti olaraq, bütün oyunlara qələbə üçün çıxacağıq. Bu matç da istisna olmayacaq.

– “Qarabağ”da qalacaqsınız?

– Bəli. Çünki hələ 1 illik müqaviləm var.

Səxavət Qurbanov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43