Ölkə futbolu

Bu xəbər öncə “Bakı”nı sarsıtdı, daha sonra sevindirdi

"Bakı"nın aparıcı üzvü Nurlan Novruzov zədələnib.

İdmanxeber.com-a bu barədə futbolçunun özü məlumat verib. "Xəzər Lənkəran"la oyunda rəqibin müdafiəçisi Rasim Ramaldanovla mübarizədə zədələnən Premyer Liqamızın bombardiri hazırda müalicə alır. Novruzov saytımıza açıqlamasında bildirib ki, AZAL-la qarşıdakı turda meydana çıxa bilər:

"Qarşıdakı turda meydana çıxa biləcəm. Həkimlərimiz oyuna kimi məni hazır edəcəklər".

Qeyd edək ki, N.Novruzov 11 qolla Premyer Liqanın bombardiridi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43