Dünyadan

Bu xəbər “Qalatasaray”lıları sevindirəcək

Martın 18-də Çempionlar Liqasının 1/8 finalının cavab görüşləri çərçivəsində öz meydanında “Qalatasaray”la qarşılaşacaq “Çelsi” bu oyunöncəsi ciddi itki ilə üzləşib. 

İdmanxeber.com-un məlumatına görə, London klubu “Tottenhem”lə keçirilən görüşdə Fernando Torresin zədələnməsinə üzülüb. İspaniyalı forvardın azı 4 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Belə olan halda, Torres “Cim-Bom”la matçı buraxmalı olacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43