Dünya futbolu

“Bu, Zidan-Ançelotti yox, 2 böyük klubun qarşıdurmasıdır”

“Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Bavariya”ya qarşı keçirəcəkləri görüşdən danışıb.

Fransız mütəxəssis bu oyunu Zidan-Ançelotti yox, 2 böyük klubun qarşıdurması adlandırıb:

“Mən Karlonu yaxşı tanıyıram, o da məni. Amma bu, elə də əhəmiyyət daşımır. Sabahkı oyun Zidan-Ançelotti yox, 2 böyük klubun qarşıdurmasıdır.

Riberi də mənə yaxşı tanışdır. O, komandası üçün vacib futbolçudur. Frankı ilk dəfə millidə görəndə hiss etmişdim ki, döyüşkən xarakterə malikdir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43