Ölkə futbolu

“Bucaspor” azərbaycanlı futbolçunu bəyənmədi

Azərbaycanlı futbolçu Ramal Hüseynovla yollarını ayıran “Bucaspor” klubu bu barədə rəsmi açıqlama verib.

Klubun mətbuat xidmətinin rəhbəri Timur Yayqıran həm futbolçumuz, həm də türkiyəli oyunçu Gökhan Kabanın hansı səbəblərə görə, klubdan göndərildiyinə aydınlıq gətirib: “Azərbaycanlı futbolçu Hüseynovu səviyyəsi yetərsiz olduğu, Kabanın büdcələrinə uyğun olmadığı üçün göndərdik. Onların Kılıçın təkidi ilə heyətdə yer almayıblar. Bu 2 futbolçu ilə bağlı əldən qaçırılma kimi bir olay müzakirə mövzusu deyildir”.

Qeyd edək ki, “Bucaspor”un mövsümlərarası ilk transferi olan Ramal Hüseynov ümumillikdə 45 dəqiqə meydanda ola bilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43