Kateqoriyasız

Budaq Nəsirov Azərbaycan klubunda!

U-21 millimizin üzvü Budaq Nəsirov karyerasını Azərbaycanda davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, son olaraq Portuqaliyanın “Sportinq” klubunda çıxış etmiş 22 yaşlı futbolçu “Zirə” ilə anlaşıb. Yaxın günlərdə tranferin rəsmiləşməsi gözlənilir.

Qeyd edək ki, millimizin üzvü 2016-cı ildə “Sumqayıt”dan “Sportinq”ə keçib. Nəsirov Lissabon klubunun B komandasında çıxış edirdi. Onun “Sportinq”lə 2021-ci ilə qədər müqaviləsi var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43