Dünya futbolu

Buffon “Yuventus”a qayıda bilər

PSJ-nin qapıçısı Canluici Buffon bu yay karyerasını başa vura bilər.41 yaşlı qolkiper “Yuventus”a qayıtmaq istəyir.

Ona sabiq klubunda vəzifə veriləcəyi bildirilir. İtaliyalı qapıçı PSJ ilə müqaviləni uzadacağı təqdirdə isə “Yuventus” onu 2020-ci ildə kluba dəvət edəcək.

Qeyd edək ki, 2001-2018-ci illərdə “Yuventus”da çıxış edən Buffon Turin klubu ilə 11 titul qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43