Dünya futbolu

Buffon Zanettiyə çatdı

İtaliya A Seriyasının 30-cu turunda keçirilən “Napoli” – “Yuventus” matçı (1:1) qonaqların qapıçısı Canluici Buffon üçün əlamətdar olub.

İdmanxeber.com-un məlumatına görə, 39 yaşlı qolkiper A Seriyasında 615-ci qarşılaşmada meydana çıxıb. Bununla da o, “İnter”in sabiq futbolçusu Xavyer Zanettiya çatıb.

İtaliya çempionatında ən çox oyun keçirən futbolçu isə  (647) “Milan”ın əfsanəvi kapitanı Paulo Maldinidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43