Premyer Liqa

“Bugünkü oyundan dərs almalıyıq”

Topaz Premyer Liqasının 20-ci turunda “İnter” səfərdə “Rəvan”ın qonağı oldu. Maraqlı idman mübarizəsində keçən paytaxt derbisin qonaqların 2-1 hesablı qələbəsi ilə başa çatdı. “İnter”in qələbə qolunun müəllifi olan Vaqif Cavadov cari mövsümdə 10-cu topunu vurdu.

Kaxaber Sxadadze, “İnter” klubunun baş məşqçisi: “İlk növbədə qələbəyə layiq olduğumuzu qeyd edim. İlk hissədə hər hücumumuzda qol vəziyyəti yaradırdıq, lakin istifadə edə bilmirdik. Fasilədə futbolçulara dedim ki, oyundakı vəziyyət əleyhimizə dəyişə bilər, futbol belədir. Qələbə topunu vura bildik. Hər bir rəqibi ciddi qəbul etmək lazımdır. Bugünkü oyundan dərs almalıyıq”.

Güvenc Kurtar, “Rəvan” klubunun baş məşqçisi: “Oyunun böyük hissəsini azlıqda oynamağımıza baxmayaraq, yaxşı mübarizə apardıq. Bu cür güclü rəqibə qarşı azlıqda yaxşı oynadıq. Qapı dirəyinə tuş gələn zərbəmiz oldu. Hakimin qəribə qərarları var idi. Topa oynayan futbolçularımızda sarı vərəqələrlə qorxu yaratdı. Mübahisəli vəziyyətlərdə “İnter”in lehinə qərarlar verirdi. Qələbə qazanmağı çox istəyirdik. Bu cür məğlubiyyət üzücüdür, lakin futbolçularımı oyuna görə təbrik edirəm. Uğurlu əvəzetmələrlə oyuna müdaxilə etsək də, 94-cü dəqiqədəki 11 metrlik cərimə zərbəsi planlarımızı pozdu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43