26 Yanvar 2020
Kateqoriyasız

“Buna daha çox sevindim” – Tərlan Əhmədov

“İtkilərə rəğmən komandadan mübarizəli oyun gözləyirdim. Bu gün məni nəticədən çox gözəl oyun sevindirdi. Bir xal da vacib idi. Fasiləyə yüksək əhval-ruhiyyədə getmək istəyirdik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov deyib.

Təcrübəli mütəxəssis sözlərinə belə davam edib:

“Eyni rəqiblə dəfələrlə qarşılaşmaq üçün gərək iki fərqli heyətin olsun. Məqsədimiz Premyer Liqada mükafatçılar sırasına düşməkdi”.

Oxşar xəbərlər

“Qarabağ”ı məyus edən futbolçu “Beşiktaş”da

admin

“Qalatasaray” “Roma”nın oyunçusunu aldı

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin