İdman

“Buna görə “Anortosis”də qala bilmədim” – Araz Abdullayev

Millimizin yarımmüdafiəçisi Araz Abdullayev Qırğızıstanla keçiriləcək yoldaşlıq görüşü öncəsi jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.com həmin müsahibəni təqdim edir.


– Araz, Kipr çempionatında aktiv futbolçulardan
birisən. Səncə millidəki çıxışın necə oalcaq?

– Qarşıda bizi 3 oyun gözləyir. Millətlər liqasına
hazırlaşırıq. Özümü də çox yaxşı hiss edirəm. Çalışacağam ki, yığmama xeyrim dəysin.

– Araz, “Anortosis”də xeyli matç keçirdin. Bizdə
olan məlumata görə, yenidən legioner həyatı yaşamaq istəyirsən…

– Bəli, bu mənim öz fikrimdi. Lakin “Qəbələ” ilə
müqaviləm davam edir. Ölkəmizi xaricdə təmsil etmək istəyirəm.

– Qurban Qurbanov bildirdi ki, yığmanın
futbolçularının Avropada çıxış etməsinin tərəfdarıdı. Səninlə bu barədə söhbəti
olub?

– Yox, mənimlə xüsusi söhbəti olmayıb.

– “Anortosis”i təkr etməyində əsas səbəb nə oldu?

– Mən Avropada Azərbaycanı tanıtmağın tərəfdarıyam.
Lakin bəzi məsələlər var ki, istədiyin kimi getmir. Bu səbəbdən hazırda öz ölkəmdəyəm.

-“Anortosis”də qalmamağının əsas səbəbini açıqlamadın...

– Bəzi problemlər yarandı. Ola bilsin, hər iki klub
arasında pul məsələləri müzakirə olundu. Buna görə “Anortosis”də qala bilmədim.

– Kipr və Azərbaycan çempionatını necə müqayisə edərdin?

– Kiprdə 3 komanda çempionluğa oynayır. Onun üçün
orada daha gərgin mübarizələrə şahidlik edirik. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43