Kateqoriyasız

“Bundan narahat idik” – Qurban Qurbanov

Avropa Liqasının qrup mərhələsinin III turunda sabah Kiprin APOEL klubunu qəbul edəcək “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə görüş barədə fikirlərini bildirdi…

– Bizim üçün hər oyun vacibdi. Onlardan birini də sabah keçirəcəyik. Hər bir halda, hamımız qələbə gözləyirik. Həmişə çalışırıq ki, intizamlı oynayaq. Pis hazırlaşmamışıq. Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini keçirək.

– Zədəlilər sabahkı oyuna hazırdımı?
– Mahir komanda ilə məşq edir. Romero da həmçinin. Sabaha kimi vaxtımız var. Qəti qərarı səhər məşqindən sonra verəcəyik. “18-lik”də olma ehtimlları çoxdu.

– Araz Abdullayevin adı iştirak ərizəsində olacaq?
– Araz “18-lik”də olacaq.

– 3 ay əvvəlki APOEL-lə indiki arasında çoxmu fərq var?
– Onda yeni baş məşqçi gəlmişdi. Üstün cəhətləri bu idi ki, komanda həddən artıq istəkli idi. Bundan narahat idik, həm də oyun üslublarını dəqiq bilmirdik. Bunu da hardasa təxmin etmişdik, ancaq asan olmamışdı. İndi baş məşqçinin dediklərini tam anlayırlar. Düşünürəm ki, indi daha təcrübəlidilər. Hər bir çətinliyə hazır olmağa çalışırıq.

– Bu oyunun əhəmiyyəti bəllidi. Sabahkı matç “Qarabağ”ın qrupdan çıxmaq şansı baxımından neçə faiz həlledici ola bilər?
– Faizlə demək istəməzdim. Əvvəlki turda olan nəticələri gördüz. APOEL-in evdə “Düdelanj”a uduzmasını, bəlkə də, heç kim gözləmirdi. Bu oyuna görə fikir bildirmək olmaz. Böyük ehtimalla qrupun talryini son oyun həll edicək. Son tura kimi mübarizə gedəcək. Hərə 3 komandanın hazırda qrupdan çıxmaq ehtimalı var. İndi nəsə demək düzgün olmaz.

– Psixoloji cəhətdən eyni komanda ilə 3-cü dəfə qarşılaşmaq nə dərəcədə çətindi?
– Üstün cəhətləri var. Amma mənfi tərəfləri də. Hər iki komanda üçün heç də asan olmayacaq. Hər iki tərəf bir-birini yaxından tanıyır. Düşünürəm ki, biz bu oyunda həddən artıq istəkli olmalıyıq. Bizim üstün cəhətimiz bu olmalıdı. Oyun üslubumuz var və bunu artırmağa çalışırıq. Bunun üzərinə istəyimizi də gəlməliyik. Bizim çempionatda da eyni komandaya qarşı 4 dəfə oynayırıq. Bunlar bizdən asılı olmayan amillərdi. Məcburuq ki, bu komandaya daha ciddi yanaşaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43