13 Noyabr 2019
Kateqoriyasız

“Bundan sonra özümü saxlaya bilmədim” – Təmkin Xəlilzadə hakimə hücumundan danışdı

Milli komandamızın və 2Sabah”ın üzvü Təmkin Xəlilzadə “Keşlə” ilə matçdan sonra hakimə hücum etməsindən yazıb.

İdmanxeber.az-ın məlumatına göreə, futbolçu öz “instagram” hesabından etdiyi paylaşımla bunları qeyd edib:

“Keşlə” ilə oyundan sonra görüşün baş hakimi Kamal Umudlu ilə aramızda yaşanan xoşagəlməz olay məni çox məyus elədi. Əslində, normal tərzdə fikirlərimi çatdırmaq istədim, ola bilər bir az emosional alındı. Onun mənə qırmızı vərəqə göstərməsindən sonra isə özümü saxlaya bilmədim. Yaxşı anlayıram ki, milli komandanın və “Sabah”ın futbolçusu kimi emosiyalarımı cilovlamağa çalışmalıyam. Əvvəllər də qırmızı vərəqələr almışam, amma heç vaxt bu qədər aqressiv olmamışam. Hakimə hisslərimi bildirməkdənsə, hisslərimə hakim olmağı öyrənməliyəm… Karyeramın yaxşı dönəmini yaşayıram. Xüsusən də, millidə son oyunlarda vurduğum qollar məni lap həvəsləndirir. Belə bir məqamda bu cür hadisə olmayaydı kaş! Xeyirlisi”.

Qeyd edək ki, “Keşlə” – “Sabah” oyunu 1:1 hesabı ilə başa çatıb.

Oxşar xəbərlər

“I Əkinçi Kuboku” mini futbol turniri başa çatdı

admin

Azərbaycan – Macarıstan: start heyətlər

admin

“İnter”də Konte dönəmi başlayır

admin