08 Sentyabr 2024
Dünya futbolu

Bundesliqa klubu Elif Elması açıqladı

“Napoli”nin yarımmüdafiəçisi Elif Elmas “Leypsiq”ə keçib.

İdmanxeber.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 24 yaşlı makedoniyalı ilə 2027/28 mövsümünün sonuna kimi müqavilə imzalanıb. O, yanvarın 1-dən yeni klubuna qoşulacaq.

Elmas 2019-cu ilin yayından “Napoli”də çıxış edir. O, neapolluların heyətində 189 oyun keçirib, 19 qol vurub və 11 məhsuldar ötürmə verib. T

Transfermarkt portalı futbolçunun dəyərini 24 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43