Dünyadan

Bundesliqa klubunda yeni baş məşqçi

Almaniya Bundesliqasına ötən mövsümdən fərqli olaraq uğursuz başlayan “İnqolştad” klubunda baş məşqçi dəyişiklikliyi baş verib.

İdmanxeber.com-un məlumatına görə, liqa başladıqdan bəri sadəcə 2 xal toplamağı bacaran Markus Kauçinski istefaya göndərilib.

Rəhbərlik almaniyalı mütəxəssis Mayk Valpurgisi komandanın baş məşqçi postuna gətirib.

Qeyd edək ki, 10 turdan sonra aktivində 2 xalı olan “İnqolştad” turnir cədvəlinin 17-ci pilləsində qərar tutub.   


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43