İdman

Bundesliqa klubundan rekord transfer

“Everton”un futbolçusu Devi Klassen karyerasını “Verder”də davam etdirəcək. Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.

İdmanxeber.com-un məlumatına görə, “Verder” hollandiyalı futbolçu ilə müddəti 2022-ci ilə qədər olan müqavilə imzalayıb. Bu keçid Bundesliqa təmsilçisinə 13,5 milyon avroya başa gəlib və “Verder” tarixinin ən bahalı transferi olub.

Klassen ötən mövsüm “Everton”un heyətində keçirdiyi 16 matçda 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43