Dünya futbolu

Bundesliqa tarixində bir ilk

“Yunion Berlin”in baş məşqçisi Nenad Byelitsa keçən tur “Bavariya”ya qarşı oyunda qırmızı vərəqə alıb.

İdmanxeber.az-ın məlumatına görə, son oyunda “Darmştadt”a qarşı baş məşqçi səlahiyyətlərini onun köməkçisi Mari Luiza Etta icra edirdi. O, Bundesliqada kişilərdən ibarət komandaya rəhbərlik edən ilk qadın məşqçi kimi tarixə düşüb.

Qeyd edək ki, berlinlilər onun rəhbərliyi altında minimal hesablı qələbə qazanıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43