Dünya futbolu

Bundesliqada ötən ayın ən yaxşısı odur

Dortmund “Borussiya”sının futbolçusu Pyer-Emerik Obameyanq Almaniya Bundesliqasında may ayının ən yaxşı futbolçusu seçilib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Bundesliqanın rəsmi saytı xəbər yayıb.

Qabonlu hücumçu 71 faiz səs toplayıb. O, Aryen Robben, Timo Verner və Mario Qomeslə mübarizədən qalib ayrılıb.

Qeyd edək ki, ötən ay Bundesliqada 3 oyuna çıxan 30 yaşlı forvard 4 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43