Dünya futbolu

Bundesliqanın 50 mininci qolu

Almaniya Bundesliqasında əlamətdar statistik göstərici qeydə alınıb.

İdmanxeber.com-un məlumatına görə, Bundesliqda 50 mininci qol vurulub. Qol “Auqsburq” – “Bayer” oyununda (1:3) qeydə alınıb. “Bayer”in futbolçusu Kərim Bellarabi qarşılaşmanın 23-cü dəqiqəsində hesabı açıb. Bu qol Bundesliqa tarixində 50 mininci olub.

Bundesliqada ilk qol 1963-cü ilin 24 avqustunda “Verder” – Borussiya” (D) oyununda vurulub. “Verder”in 3:2 hesabı ilə qalib gəldiyi qarşılaşmada ilk qolu Timo Kanetska vurub


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43