Dünyadan

Bunu da gördük: Hakim meydandan qovduğu futbolçudan üzr istədi

Fransa çempionatının son turu çərçivəsində keçirilən PSJ – “Marsel” matçında qonaq komandanın futbolçusuna qırmızı vərəqə göstərən baş hakim cəzalandırdığı oyunçudan üzr istəyib.

İdmanxeber.com-un məlumatına görə, qarşılaşmanı idarə edən Klement Turpin matçın 77-ci dəqiqəsində “Marsel”in futbolçusu İmbulanı qırmızı vərəqə verərək meydandan qovub. 

Matçdan sonra oyunun videoyazısını izləyən Turpin raportunda epizodu düzgün dəyərləndirmədiyini və İmbulaya qırmızı vərəqə göstərməməli olduğunu qeyd edib. Hakim yanlışlıqla meydandan qovduğu futbolçudan üzr istəyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43