Kateqoriyasız

“Bunu mənə Qurban Qurbanov öyrətdi” – Miçel

“Çoxdandır dabanımda ağrı var idi. Ağrılar iki-üç il əvvəl mən “Qarabağ”da çıxış etdiyim vaxt başlamışdı. Məşq və oyun vaxtı dəfələrlə axsayırdım. Yeri istiləşəndə isə bunu hiss etmirdim.  Amma o vaxta qədər performansımın 70 və ya 80 faizini sərgiləyə bilirdim. Yaxın vaxtlara qədər müalicə ilə MRT apararaq hər şeyi sınadım. Amma artıq meydanlarda sürünməkdənsə, futbolu buraxmaq daha yaxşısıdır”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın Sabiq üzvü Miçel deyib.

İspaniyalı futbolçu Qurban Qurbanov haqqında xoş sözlər deyib:

“Məni sakitləşdirən məşqçi Qurban Qurbanov idi. Hər kəs “Qarabağ”ın mənim üçün sadəcə, yeni təcrübə olduğunu düşündüyü halda, baş məşqçi mükəmməlləşməyimə kömək etdi. Mənə özünü futbola qurban verməyin nə demək olduğunu öyrətdi. Qurbanov məşqləri çox sevir, vaxtının çox hissəsini komanda ilə keçirirdi”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Sabah” onunla məqsədinə çatmadı

admin

“Qarabağ” üç legioner futbolçusu ilə yollarını ayırdı

admin

Şehiç aşağı liqada oynamaq istəmir: “Qarabağ”a qayıda bilər

admin