Qana ilə dünya çempionatının 1-ci turunun matçında penaltidən qol vuran Ronaldo tarixə düşüb.
İdmanxeber.az-ın məlumatına görə, ulduz futbolçu ardıcıl 5-ci dünya çempionatında qol vuran ilk futbolçu olub.
Daha əvvəl hücumçu 2006, 2010, 2014 və 2018-ci illər keçirilmiş dünya çempionatlarında qol vurmağı bacarıb.