Dünya futbolu

“Bunun günahkarı mənəm və istefa verirəm”

Macarıstan millisinin baş məşqçisi Sandor Eqervari istefa verib.

Təcrübəli çalışdırıcı bu barədə mətbuata açıqlamasında deyib. O, bu qərarını dünən Hollandiya ilə oyunda 8:1-lik məğlubiyyətdən sonra verib:

“Qrupda ikincilik uğrunda mübarizə aparırdıq. Amma böyükhesabla məğlub olduq. Bunun günahkarı mənəm və istefa verirəm”.

Qeyd edək ki, Macarıstan yığması “D” qupunda hazırda 14 xalla dördüncü pillədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43