Dünya futbolu

Burak gedir, Benzema gəlir

Roberto Mançininin “Qalatasaray”a gəlişindən sonra ehtiyat futbolçular skamiyasına məhkum olan Burak Yılmaz qış transfer dönəmində komandadan ayrılacaq.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, italyan çalışdırıcı futbolçunu komandasında görmək istəmədiyini rəhbərliyə qəti şəkildə bildirib. 

Klub hücumçunu sataraq yaxşı gəlir əldə etmək istəyir və satışdan gələn pula “Cim-Bom”, “Real”da çıxış edən Kərim Benzema ilə təmasa keçəcək. İspaniyada vergiləri yüksək olması fransız futbolçunu narahat edir. Benzemanın ölkəsinə yenidən qayıtmaq variantı olsa da, Fransada vergilərin daha da yüksək olması oyunçunu başqa təklifləri gözdən keçirməsinə vadar edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43