Dünyadan

Burak Yılmaz üçün “Qalatasaray”a 8 milyon avro təklif etdilər

“Qalatasaray”ın hücumçusu Burak Yılmaz Çindən təklif alıb.

İdmanxeber.com-un məlumatına görə, Çinin “Şanxay Şenhua” klubu Burak Yılmaz üçün “Qalatasaray”a təklif göndərib.

Burakagörə 8 milyon avro təklif edən Çin klubunun bu istəyi reallaşmayacaq. Məsələ burasındadır ki. “Cim-Bom” hücumçusunu buraxmaq istəsə də, o, Çində oynamaq istəmir.

Buna görə də “Qalatasaray”ın bu təklifi rədd edəcəyi qeyd olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43