İdman

“Buraxılan qollar mənim günahım deyil” – Fərhad Vəliyev

“Son dönəmlərdə buraxdığım qollar mənim günahım deyil. Mən əlimdən gələni edirəm, istər “Keşlə” ilə kubok matçında, istərsə də, “Qarabağ”la oynadığımız 24-cü tur görüşündə qapımıza vurulan qollar adi oyun vəziyyətidi”.

Bu sözləri İdmanxeber.com saytına açıqlamasında “Sumqayıt”ın 38 yaşlı qapıçısı Fərhad Vəliyev deyib. Son dövlərdə göstərdiyi performansla müzakirə mövzusuna çevrilən millimizin sabiq qolkiperi meydançada əlindən gələnin ən yaxşısını etdiyini bildirib: “Belə qollar məni və komanda yoldaşlarımı ruhdan salmamalıdı. Mən şəxsən, bacardığımı ortaya qoyuram. Həmişə istəmişəm komandama xeyrim dəysin. Meza Kollinin cərimə zərbəsində də, sıçrayış etdim, amma topa çata bilmədim. Bu mənim günahım deyil”.

Təcrübəli “əlcək sahibi” hələ bir neçə il yaşıl meydanlarda görünmək istədiyini də gizlətmədi: “Özümdə futbol oynamaq üçün güc hiss edirəm. Deyə bilmərəm neçə il, ancaq bacaracağıma inanıram. Məşqçilər və rəhbərliklə razılığa  gəlsək, “Sumqayıt”da qalmağı, burda davam etməyi çox istəyirəm. Hər şey mövsümün sonu bəlli olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43