Dünya futbolu

“Bursaspor” baş məşqçisiz qaldı

Türkiyə Super Liqasında baş məşqçi istefası reallaşıb.

“Bursaspor”un baş məşqçisi Mutlu Topçu çempionatın 29-cu turu çərçivəsində “Qalatasaray”a 0:5 hesabı ilə uduzduqları oyundan sonra istefa verib. 46 yaşlı çalışdırıcı komandaya Hamza Hamzaoğlunun istefasından sonra rəhbərlik edirdi.

“Bursaspor” 29 turdan sonra Super Liqada 35 xalla 13-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43