İdman

“Bursaspor” millimizin futbolçusunu transfer etmək istəyir

Azərbaycan U-21 millisinin üzvü Ozancan Kökcü “Bursaspor”la yeni mövsümün hazırlıqlarını davam etdirir.

Hollandiyanın “Valveyk” klubundan icarədən qayıdan yarımmüdafiəçi məşqlərdə yeni çalışdırıcı Samet Aybabanın diqqətini çəkib. O, Kökcünün xidmətində maraqlı olduğunu və mövsüm ərzində ona şans verəcəyi bildirib. 19 yaşlı futbolçu ilə yanaşı, Çağatay Yılmaz, Əmirhan Aydoğan və Furkan Əmrə Ünvərin də performansı Samet Aybabanı qane edib. 63 yaşlı baş məşqçi yeni mövsümdə bu futbolçulardan çox şey gözlədiyini qeyd edib.

Ozancan Kökcü ötən il “Feyenoord”dan “Bursaspor”a keçmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43