Dünya futbolu

“Bursaspor” millimizin üzvünü transferə çıxardı

“Bursaspor” mövsümün gedişində əsas komandadan uzaqlaşdırdığı Azərbaycan millisinin üzvü Dəniz Yılmazı satışa çıxaracaq.

İdmanxeber.com-un məlumatına görə, “ağ-yaşıllar” forvard üçün elə də böyük məbləğ tələb etmir. Bildirilir ki,  hazrıki vəziyyətdə heç bir klub rəsmi olaraq Dənizi heyətinə qatmaqda maraqlı deyil.

Qeyd edək ki, 29 yaşlı forvard 2016-cı ildən “Bursaspor”da çıxış edir. O, “timsahlar”ın heyətində meydana çıxdığı 17 qarşılaşmada 6 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43