Kateqoriyasız

“Bursaspor” Namiq Ələsgərovu transfer edir

“Neftçi”nın aparıcı üzvü Namiq Ələsgərov karyerasını Türkiyədə davam etdirəcək.

İdmanxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, futbolçumuzun xidmətində “Bursaspor” maraqlıdır. Onun yaxın günlərdə Bursa təmsilçisi ilə müqavilə bağlaması gözlənilir.

Qeyd edək ki, bundan əvvəl də “Bursaspor” Namiqi transfer etmək istəmişdi. Ancaq Türkiyə mediasının xəbərinə görə, danışıqlarda yer almayan iki türk menecerin müdaxiləsindən və Bursa təmsilçisindən 100 min avro tələb etməsindən sonra bu keçid reallaşmayıb.

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43