Kateqoriyasız

“Bursaspor” Namiq Ələskərovdan gözlədiyini ala bilməyib

“Bursaspor” azərbaycanlı futbolçusu Namiq Ələskərovdan gölədiyi performansı ala bilmir.

İdmanxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursa klubu bu günə kimi 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalan Namiqin “Neftçi”nin son mövsümündəki performansı ilə müqayisə edərək daha geridə qalmasını ön plana çıxartdı.

Türkiyə mətbuat yazır ki, Namiq ötən mövsümün ilk yarısında “Neftçi”də 8 qol vurmuşdu. Ona görə də, Ələskərov “Bursaspor”da hələ öz gücünü tam göstərə bilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43