Kateqoriyasız

“Bursaspor”un ən yaxşı iki futbolçusu – Namik də var

Türkiyənin “Bursaspor” klubunda çıxış edən millimizin üzvü Namik Ələskərov bu komandanın ən yaxşılarından biridi.

İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı futbolçu komanda yoldaşı Massimo Bruno ilə birgə ən çox qol (4 qol) vuran və ən çox məhsuldar ötürmə (4) edən oyunçudu. Bu göstəricilərə görə hər iki futbolçu ilk pilləni bölüşürlər.

Qeyd edək ki, Namik bu yay “Bursaspor”a transfer olunub. Komanda mövsümün ilk yarısını 19 xalla 17-ci pillədə başa vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43