Dünya futbolu

“Bursaspor”un prezidenti Robert Prosineçki ilə görüşəcək

“Bursaspor” klubunun rəhbərliyi Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkidən əl çəkmək niyyətində deyil.

İdmanxeber.com-un məlumatına görə, “yaşıl timsahlar”ın rəhbərliyi komandanı xorvatiyalı mütəxəssisə tapşırmaq istəyir. Türkiyə mətbuatının yaydığı xəbərə görə, klubun prezidenti Ali Ay Robert Prosineçki ilə görüşmək niyyətindədir. Klub prezidenti DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da keçiriləcək Azərbaycan – Şimali İrlandiya qarşılaşmasından sonra xorvatiyalı ilə görüşüb, danışacaq. Məhz bu görüşdən sonra Prosineçkinin “Bursaspor”a gedib-getməyəcəyi müəyyənləşəcək.

Qeyd edək ki, Prosineçkinin xidmətində Türkiyənin “Konyaspor” klubunun da maraqlı olduğu iddia edilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43