Kateqoriyasız

“Bütün Kipr sabah APOEL-i dəstəkləməlidir”

“Bütün Kipr sabah APOEL-i dəstəkləməlidir. Azarkeşlərin stadionu doldurmamsı kluba qarşı ədalətsizlik olar. Çünki APOEL ölkəni Çempionlar Liqasında iki klubun təmsil etməsinə yol aça bilər”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri APOEL-in sabiq futbolçusu Kostas Malekkos Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ”la oyunöncəsi Kipr klubunun şanslarını dəyərləndirərkən deyib.

O, daha sonra sözlərinə belə davam edib:

“APOEL-in Azərbaycanda xal aldıqdan sonra bu oyunda “Qarabağ”a qalib gəlməməsi intihar olar. Məncə,  “Qarabağ”la oyunu ağıllı və təmkinlə dəyərləndiriləcək”.

Qeyd edək ki, noyabrın 7-də keçiriləcək APOEL – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43