01 Oktyabr 2020
Dünya futbolu

“Bütün uğurları qazanan mən idim, Messi yox” – Samuel Etoo

“Barselona”nın sabiq ulduzu Samuel Etoo Kataloniya təmsilçisində forma geyindiyi illərlə bağlı maraqlı açıqlamalar edib.

İngiltərənin “bEIN SPORT” kanalına danışan 38 yaşlı futbolçu o dövrdə “Barselona”nın baş məqşçisi olan Pep Quardiolanı sərt tənqid edib:

“Quardiolaya bir gün bütün bu uğurlara qazanan mənəm, Messi deyil, məndən üzr istəməli olduğunu bildirdim. Çünki həmin vaxtlar Messi hələ yox idi. O, daha sonra ortaya çıxdı. Bunu Xavi və İniyesta da təsdiqləyə bilər. O dövrlər mənim illərim idi”.

Etoo “Barsa” ilə keçirdiyi 5 ildə 234 oyuna çıxmış və 152 qol vurmuşdu. Kamerunlu Quardiolanın vaxtında isə 51 oyuna 38 dəfə fərqlənə bilmişdi.

Qeyd edək ki, Etoo hazırda karyerasını Qətərin “Qətər Sport Klub” klubunda davam etdirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Borussiya” (Dortmund) – “Benfika”: CANLI YAYIM

admin

Raul “Real”a qayıdır

admin

PSJ – “Real” matçı – VİDEO

admin