Kateqoriyasız

Cəbrayıl Cəbrayılov “Neftçi”ni xilas etmək istəyir – ilkin addım atıldı

Xəbər verdiyimiz kimi, “Neftçi” “Qəbələ”nin baş meneceri Zaur Əzizovu kluba idman direktoru təyin edib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, bu təyinatın reallaşmasında klubun Müşahidə Şurasının üzvü Cəbrayıl Cəbrayılovun rolu böyük olub. Məhz Cəbrayılovun istəyi ilə Əzizov “Neftçi”yə idman direktoru gətirilib.

Cəbrayılov klubu mövcud durumudan çıxrmaq üçün bir neçə dəyişikliyin olmasını labüd görüb və nəticədə ilkin addım kimi Əzizov komandaya gətirilib.

Onu da qeyd edək ki, “Neftçi”də bundan başqa da dəyişikliyin olması gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43