08 Sentyabr 2024
Dünya futbolu

Cəlal oynadı, komandası qalib gəldi

Bolqarıstan çempionatında 2023-2024 mövsümü başa çatıb. 

İdmanxeber.az-ın məlumatına görə, U-21 millimizin üzvü Cəlal Hüseynovun çıxış etdiyi “Arda” klubu  “Botev”in qonağı olub və 1:0 hesablı qələbə qazanıb.

Həmyerlimiz də bu görüşün iştirakçısı olub. O, 83-cü dəqiqədə meydana çıxıb.

“Arda” mövsümü 51 xalla 10 komanda arasında 8-ci pillədə başa vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43