Dünya futbolu

Cənubi Amerika qitəsinin simvolik heyəti – Messi yenə…

Argentinanın kapitanı Lionel Messi IFFHS tərəfindən Cənubi Amerikanın ən yaxşı oyunçusu seçilib.

İdmanxeber.az-ın məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası PSJ-nin oyunçusunu 2022-ci ilin ən yaxşısı seçib.

Qrum Cənubi Amerikanın simvolik heyətini aşağıdakı kimi formalaşdırıb:

Qapıçı: Emiliano Martinez (Argentina, “Aston Villa”)

Müdafiəçilər: Nikolas Otamendi (Argentina, “Benfika”), Tiaqo Silva (Braziliya, “Çelsi”), Kristian Romero (Argentina, “Tottenhem”)

Yarımmüdafiəçilər: Rodriqo De Paul (Argentina, “Atletiko”), Kasemiro (Braziliya, “Mançester Yunayted”), Enzo Fernandes (Argentina, “Benfika”/ “Çelsi”), Vinisius Junior (Braziliya, “Real”)

Hücumçular: Neymar (Braziliya, PSJ), Xulian Alvares (Argentina, “River Pleyt”/”Mançester Siti”), Lionel Messi (Argentina, PSJ).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43