Dünya futbolu

Cənubi koreyalı oyunçu “Mançester Yunayted”də?

“Napoli”nin müdafiəçisi Kim Min Ji karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Mançester Yunayted” oyunçunun xidmətində maraqlıdır. “Qırmızı şeytanlar”ın Jinin meneceri ilə təmasa keçdiyi və müdafiəçiyə yüksək məbləğdə maaş təklif etdiyi bildirilir.

Cari mövsüm “Napoli” ilə A Seriyası çempionluğu yaşayan cənubi koreyalı futbolçu növbəti mövsümlə bağlı yekun qərarını verməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43