“Çətin oyun oldu. 5 ciddi itkimiz var idi. Hansı ki, onlar olsaydı bu gün nəticə də fərqli ola bilərdi. Bizə qarşı qapanan komandalara qarşı çətinlik çəkirik”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov “Sumqayıt”la oyundan sonra deyib.
Qolsuz heç-heçə başa çatan matç haqda fikirlərini bildirən mütəxəssis daha sonra sözlərinə belə davam edib:
“Bəzi oyunçularımızın olmaması oyunumuza böyük təsir etdi. Uşaqlar əlindən gələni etdi ki, qələbə qazanaq. Ancaq alınmadı”.