Kateqoriyasız

C Seriyası klubunu “Sabah”dan üstün tutdu

Braziliya millisinin sabiq futbolçusu Vaqner Lavın yeni klubu müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, “Sabah”ın heyətinə qatmaq istədiyi oyunçu karyerasını ölkəsində davam etdirəcək.  38 yaşlı hücumçu Braziliya C Seriyasında çıxış edən “Paysandu” ilə anlaşıb.

Qeyd edək ki, son klubu Danimarka “Midtüllan”ı olan Vaqner Lav  Türkiyənin “Alanyaspor”, “Beşiktaş” və Qazaxıstanın “Kayrat” komandalarının da formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43