”Fənərbağça” Çağlar Söyüncü transferini bu həftəsonuna kimi bitirməyi planlaşdırır.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu “Atletiko”yla razılığa yaxındır. 27 yaşlı müdafiəçi mövsümün sonuna qədər icarə əsasında “Fənərbağça”da çıxış edəcək. Müqavilədə satınalma bəndi olmayacaq.
Çağlar bu mövsüm “Atletiko”nun heyətində cəmi 9 oyuna çıxıb.