29 Sentyabr 2020
Dünya futbolu

“Çalışacağıq ki, yenidən avrokubokda qrupa düşək” – Araz Abdullayev

“Bu gün ən azı bir xal qazanmaq istəyirdik. İlk yarıda yaxşı müdafiə olunduq, hücumlara da çıxırdıq. Ancaq bir top buraxandan sonra daha açılışdıq”.

Bu sözləri “Qarabağ”ın futbolçusu Araz Abdullayev  Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Sevilya”ya 0:2 hesabı ilə uduzduqları matçdan sonra deyib.

Onun sözlərinə görə, “Sevilya” kimi komandaya qarşı açıq oynamaq çətindir: “Geri dönüş edə bilmədik. İlk qoldan sonra ən azı bir top vurmaq istəyirdik. Ümid var odo. “Qarabağ” belə rəqiblərlə oynayıb, “Atletiko” ilə hər iki matçda heç-heçə edib. Yenə bacara biləcəyimizi fikirləşirdik. Qrupdan çıxaraq, azarkeşlərimizi və xalqımızı sevindirmək istəyirdik. Burdan xal qazanıb hər şeyi son tura saxlamağı düşünürdük. Qarşıya baxmaq lazımdır”.

Abdullayev deyib ki, Abdulla Zubirə qarşı qayda pozuntusu olduğu epizodda “Sevilya”ın qapısına penalti təyin etmək olardı: “Referi penalti vermədi. Belə komandalara qarşı çox hücum edə bilmirsən. Canlanma oldu, qol vurmaq istəyirdik. Onlar ikincini vurdu və hər şey bitdi. Biz də çalışırdıq ki, növbəti raunda yüksələk. Kimsə düşünə bilər ki, qrupumuz daha rahat idi. Ancaq digər rəqiblər də bizim səviyyəmizdə idi. Futboldur, qarşıya baxmaq lazımdır. Olan olub. Çalışacağıq ki, yenidən avrokubokda qrupa düşək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Real” 16 yaşlı futbolçunu 45 milyon avroya transfer edir

admin

Türkiyə ilk qələbəsini qazandı – VİDEO

admin

Az-az görünən cərimə zərbəsi yerinə yetirdilər- VİDEO

admin